Qəzzada həlak olanların sayı 54 418 nəfərə çatıb

Fələstin Səhiyyə Nazirliyi İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında həyata keçirdiyi intensiv hücumlarla bağlı son məlumatları açıqlayıb. Bildirilir ki, hücumlar nəticəsində indiyədək 54 418 nəfər həlak olub, 124 190 nəfər isə yaralanıb.

Nazirliyin məlumatına görə, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 37 cəsəd və 136 yaralı gətirilib. Açıqlamada qeyd olunub ki, həlak olanlardan 5 nəfərin meyiti əvvəlki hava zərbələri nəticəsində dağıntılar altında qalan mülki şəxslərə məxsusdur.

Qeyd olunur ki, İsrailin 18 mart 2024-cü ildə atəşkəsi birtərəfli şəkildə pozmasından bu yana 4 149 fələstinli həyatını itirib, 12 149 nəfər isə yaralanıb. Fələstin Səhiyyə Nazirliyi əlavə edib ki, dağıntılar altında hələ də çıxarılmamış cəsədlər var və bu səbəbdən qurbanların dəqiq sayı artmaqda davam edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey