Ərdoğan: “Azərbaycan Ordusu 44 gündə dastan sayılacaq qələbə qazandı”

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında 44 gündə dastan sayılacaq qələbə qazandınız. Azərbaycan Ordusunu Dağlıq Qarabağvə digər işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi uğrunda mübarizədə qazandıqları qələbəyə görə təbrik edirəm”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağdamda yerləşəcək Qarabağda atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edəcək türk hərbçilərə xitabında deyib.

“Bu qələbə bizi azərbaycanlı qardaşlarımız qədər sevindirdi və qürurlandırdı. Bizim birliyimiz əbədi və sarsılmazdır”, – deyə Ərdoğan bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey