Baş nazir Qarabağla bağlı sualı cavablandırdı…
“Gürcüstan bölgəmizdəki hər hansı bir münaqişənin yalnız danışıqlar yolu ilə həll olunmasında birbaşa maraqlıdır”.
Bu sözləri Baş nazir Giorgi Qaxaria, Dağlıq Qarabağdakı vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, bölgədəki müharibə Gürcüstan üçün ən böyük riskdir:
“Qonşuluğumuzda baş verən bu müharibə, Gürcüstan üçün böyük bir riskdir. Əlbəttə ki, sülhün bərqərar olmasına töhfə vermək üçün əlimizdən gələni edəcəyik. Həm erməni həm də azərbaycanlı dostlarımız var. Gürcüstan bölgəmizdəki hər hansı bir münaqişənin yalnız danışıqlar yolu ilə həll olunmasında birbaşa maraqlıdır. Biz bunun üçün hər şey edə bilərik və hazırıq”, – deyə Qaxaria bildirib.