Rəsmi açıqlama: Azərbaycan Ordusu Ağdama daxil oldu

Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olublar.Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə nazirliyindən verilən məlumata görə, Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.

Qeyd edək ki, proses Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən baş verib.

Xatırladaq ki, noyabrın 10-da imzalanan 3 tərəfli sənədə əsasən 25 noyabr 2020-ci ilə qədər Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci ilə qədər isə Ermənistanın Dağlıq Qarabağla əlaqəsini təmin edəcək Laçın dəhlizini özündə saxlamaqla və bununla belə Şuşa şəhərindən keçməməklə (5 kilometr uzunluğunda) Laçın rayonunu qaytarır. Tərəflərin razılığına əsasən yaxın üç ildə Laçın dəhlizi boyunca Xankəndi və Ermənistan arasında əlaqəni təmin edən yeni bir nəqliyyat marşrutunun tikintisi planı sonradan bu marşrutu qorumaq üçün Rusiya sülhməramlı kontingenti yenidən yerləşdirilməsilə müəyyən ediləcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey