Baş nazir səs verdi və dedi: “Seçki prosesinə son qoymaq üçün səs verdim”
“İkinci turda, əlbəttə ki, seçki prosesinə ən qısa zamanda son qoymağın lehinə bir seçim etdim”.
Bu sözləri baş nazir Giorgi Qaxaria, ikinci tur seçkilərində səs verdikdən sonra jurnalistlərə müsahibəsində deyib.
O həmçinin qeyd edib ki, siyasi proseslər parlamentə keçirilməlidir:
“İkinci turda, əlbəttə ki, seçki prosesinə ən qısa zamanda son qoymağın lehinə bir seçim etdim. Pandemiyanın bu dövründə necəki birinci turda, eləcə də ikinci turda iştirak edən seçicilər siyasi partiyalara öz etimatlarını göstərirlər və bu məsuliyyəti siyasətçilər başa düşməli, siyasi prosesi siyasi formatda, parlamentdə davam etdirməlidirlər. Hazırda ölkəmiz üçün ən vacib olan elə budur.
Aramızdakı fərq nə qədər böyük olsa da, bir-birimizlə danışıqlar aparmağı, məsuliyyət götürməyi və birlikdə işləməyi öyrənməliyik. Bu, vətəndaşımızın və seçicimizin bizə həvalə etdiyi bir vəzifədir və demokratik Avropa dövləti də belə qurulur”, – deyə Qaxaria bildirib.