Zurabişvili səs verdi və dedi: “Ümid edirəm ki, çoxpartiyalı bir parlamentə sahib olacağıq”
Ölkə prezidenti Salome Zurabişvili parlament seçkilərinin ikinci turunda səs verib.
Bununla bağlı kadrlar Gürcüstanın İctimai televiziyasında canlı yayımlanıb.
“Bütün Gürcüstan kimi, mən də ölkəmizin çox effektli, işgüzar, çoxpartiyalı parlamenti olacağına ümid edirəm. Bu, ölkəmizdə ümimi doqquz partiyaya səs verən gürcüstanlı seçicinin qərarıdır. Hesab edirəm ki, hamımız seçiciyə hörmət etməliyik”, – deyə S.Zurabişvili bildirib.
Qeyd edək ki, Salome Zurabişvili hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasından Beka Odişariyanın namizəd olduğu Tbilisinin Mtatsminda-Krtsanisi rayonununda səs verib.