Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
“Dalğatv” “Qafqazinfo”ya əsasən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Kansler Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə olunmuş nəticələr münasibətilə təbriklərini çatdırıb və Almaniyanın regionda sabitliyin təmin olunmasına verdiyi dəstəyi vurğulayıb.
Prezident İlham Əliyev göstərilən təbriklərə görə minnətdarlığını bildirib və Azərbaycanın regional sülh təşəbbüslərinin müəllifi kimi bundan sonra da davamlı sülhün möhkəmləndirilməsi üçün səylərini davam etdirəcəyini qeyd edib.
Söhbət zamanı Azərbaycan–Almaniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Fridrix Merts Prezident İlham Əliyevi Almaniyaya səfərə dəvət edib. Dövlət başçısı dəvəti məmnunluqla qəbul edib və öz növbəsində Almaniya Kanslerini Azərbaycana səfərə dəvət edib. Fridrix Merts də bu dəvəti məmnunluqla qəbul edib.
