Putin “sülh planı” ilə bağlı Rusiyanın razılaşmadığı məqamların mövcud olduğunu bildirib

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və Donald Trampın müşaviri Cared Kuşnerlə Kremlində keçirilmiş görüş haqqında Hindistan mediasına ilk açıqlamasını verib.

Putinin sözlərinə görə, ABŞ tərəfi “sülh planı”nın müddəalarını dörd ayrı paketə ayıraraq onların ayrıca müzakirəsini təklif edib. Dövlət başçısı qeyd edib ki, münaqişə tərəflərinin bu məsələlər üzrə konsensusa gəlməsi “asan proses deyil”.

Rusiya lideri planın bir sıra bəndləri ilə razılıq əldə olunmadığını təsdiqləyib: “Bəli, belə məqamlar var idi və biz onları müzakirə etdik.” O əlavə edib ki, hazırda Rusiyanı qane etməyən konkret bəndlərin açıqlanması tezdir, çünki bu, Vaşinqtonun apardığı iş prosesinə təsir göstərə bilər.

Putin həmçinin ABŞ tərəfindən irəli sürülən təkliflərin Alyaskada Donald Tramp ilə əldə olunmuş razılaşmalara əsaslandığını bildirib.

Rusiya Prezidenti növbəti dəfə ölkəsinin əsas tələbini vurğulayıb: Ukrayna silahlı qüvvələri Donbası tərk etməlidir. “Ya biz bu əraziləri hərbi yolla azad edəcəyik, ya da Ukrayna ordusu həmin bölgəni tərk edəcək və orada müharibəni dayandıracaq,” – deyə Putin qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey