Azərbaycan və Gürcüstan arasında humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Çxenkeli Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov və “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov ilə tanışlıq görüşü keçirib.
“Dalğa tv” “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.
Görüşdə iki ölkə arasında təhsil, elm, mədəniyyət və idman sahələrində gələcək əməkdaşlığın gücləndirilməsi barədə müzakirə aparılıb. Tərəflər həmçinin Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı ilə bağlı məsələləri də nəzərdən keçiriblər.
D.Həsənov M.Çxenkeliyə nazir təyin olunması münasibətilə Azərbaycanın Təhsil nazirinin təbrik məktubunu təqdim edib.
Qeyd edək ki, M.Çxenkeli bu il noyabrın 13-də Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri təyin olunub.