Tbilisidə baş verənlərlə bağlı ABŞ Gürcüstana sanksiya tətbiq edə bilər
ABŞ Dövlət Departamentinin mətbuat katibi Net Prays Gürcüstana sanksiya tətbiq edilə biləcəyinə dair işarələr verib.
Prays bu barədə keçirdiyi brifinq zamanı açıqlama verib.
Onun sözlərinə görə, dünyada insan haqlarının pozulması və şiddətdən məsul olanlar üçün ABŞ-ın bir neçə mexanızmi mövcuddur və sanksiyalar mütləq bu mexanizmlərdən biridir.
O həmçinin, ABŞ-ın sanskiya tətbiq edənədək sanksiyanın detalları barəsində məlumat vermədiyini də qeyd edib.
Prays bildirib ki, ABŞ 5-6 iyul tarixlərində Tbilsidə cinayət törədənlərin hamısının məsuliyyətə cəlb olunduğunu görmək istəyir:
“Baş nazirin gələcəyi ilə bağlı qərarı Gürcüstan xalqı verməlidir. Dünyada insan haqları pozuntuları və şiddətdən məsul olanlar üçün bir neçə mexanizmimiz mövcuddur. Sanksiyalar mütləq bu mexanizmlərdən biridir. Bildiyiniz kimi, sanksiyaları tətbiq edənədək əvvəlcədən danışmırıq, amma vəziyyəti çox yaxından izləyirik. Cinayət törədənlərin hamısının məsuliyyətə cəlb olunduğunu görmək istəyirik. Gürcüstandakı siyasi aktyorları bu zorakılığı açıq şəkildə qınamağa çağırırıq. Gürcüstan Hökumətinə gəldikdə, bir daha təkrar edirəm, bu iş üzrə hərtərəfli araşdırma aparılmasına və nəticədə bu dəhşətli cinayətin günahkarlarının məsuliyyətə cəlb olunmasına çağırırıq”, – deyə N. Prays bildirib.