İlham Əliyev yeni azad edilən qəsəbə və kəndlərin adını açıqladı

“Azərbaycan ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

O bildirib ki, bu sıraya Hadrut qəsəbəsi və bir neçə kənd daxildir:

”Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorəzilli kəndi, Qışlaq kəndi, Qaraçaylı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi Ermənistan hərbçilərinin işğalından azad olunub”, – deyə İlham Əliyev bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey