Qardabani şəhərində “Qarabağ Azərbaycandır!” adlı aksiya keçirildi

Bu gün səhər saat 12:00-dan etibarən Qardabani rayonunun mərkəzində yerli azərbaycanlı sakinlər “Qarabağ Azərbaycandır!” adlı yürüş aksiyasına başlayıblar.

24News.ge xəbər verir ki, əllərində Azərbaycan, Gürcüstan və Türkiyənin bayraqları tutan yürüşçülər Azərbaycana dəstək şüarları səsləndiriblər.

Qardabani şəhərinin Ağmeşenebeli küçəsində Azərbaycana dəstək yürüşü edən aksiya iştirakçıları, Qardabani şəhərinin mərkəzi parkında toplaşaraq aksiyada iştirak edən ziyalılar çıxışlar ediblər.

Çıxış edənlər Ermənistanın separatist fəaliyyətindən danışaraq 30 ildir Azərbaycanın 20% torpaqlarının işğal altında saxladıqlarını, Azərbaycan xalqına məxsus tarixi, dini abidələrini məhv etdiklərini bildiriblər. Aksiyada həmçinin Gürcüstan və Azərbaycan dostluğundan da söz açılıb. Bildirilib ki, iki ölkə arasında fitnə yaratmaq istəyən qüvvələr var və buna heç bir zaman imkan verilməyəcək.

Qeyd edək ki, aksiya zamanı şəhərin mərkəzi küçəsində avtomobil karvanı da baş tutub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey