Tbilisidə təhlükəli epidemioloji vəziyyət yaranıb
Paytaxt Tbilisidə son sutkada koronavirusa 179 yeni yoluxma halı qeydə alınıb.
24News.ge xəbər verir ki, günlük müqayisədə yoluxma sayı 45 hal artıb.
Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından bildirilib ki, epidemioloji vəziyyətin pisləşməsinə səbəb şəhər sakinlərinin qaydalara riayət etməməsidir.
Tbilisidən sonra COVID-19-a ən çox yoluxma faktı 190 olmaqla Acarıstanda təsdiqlənib.