Bu gündən etibarən xarici vətəndaşların Gürcüstanda qalma müddəti…

Qlobal pandemiyanın yaratdığı məhdudiyyətlər səbəbindən xarici ölkə vətəndaşlarının Gürcüstanda qanuni qalma müddəti uzadılıb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, pandemiya səbəbindən xarici vətəndaşların Gürcüstanda qalma müddəti 1 iyul tarixinə qədər uzadılır.

Lakin qeyd etmək lazımdır ki, onların Gürcüstan ərazilərində olmasına qlobal pandemiya ilə əlaqəli aşağıdakı əməliyyat şəraiti səbəb olmalıdır:

A) Əgər vətəndaşı olduğu ölkə müvafiq müddət üçün yüksək risk zonasına daxil edilibsə;

B) Əgər sərhəd keçidində məhdudiyyət müvafiq dövlət tərəfindən qoyulubsa;

C) Əgər şəxs sağlamlıq vəziyyətinə görə xəstəxanada, karantində və ya özünü təcriddədirsə;

D) Əgər şəxs müəyyən edilmiş müddətdə təxirə salınmış uçuşlara görə ölkəni tərk edə bilmirsə.

Eyni zamanda, Koordinasiya Şurasının qərarına əsasən, yuxarıdakı şərtlər səbəbindən 1 yanvar – 1 iyul 2021-ci il tarixlərində müvafiq meyarlara cavab verildiyi təqdirdə, Gürcüstanda yaşamaq üçün icazə almaq məqsədi ilə xarici vətəndaşlar üçün Gürcüstan ərazisində qalma qanuni sayılacaq.

Xatırladaq ki, müvafiq sərəncamdakı dəyişikliklərdən əvvəl, Gürcüstanda xarici vətəndaşların leqal qalma müddəti bu ilin 31 dekabr tarixinə qədər idi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey