Gürcüstanda fövqəladə vəziyyətin müddəti uzadıldı
Gürcüstanda aprelin 21-dək elan olunan fövqəladə vəziyyətin müddəti mayın 10-na qədər uzadılıb.
Bunu ölkənin baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.
Onun sözlərinə görə, aprelin 15-i saat 21:00-dan başlayaraq Tbilisi, Rustavi, Batumi və Kutaisi şəhərlərinə giriş-çıxış 10 gün ərzində qadağan olunacaq.
Qeyd edək ki, Gürcüstanda indiyədək 296 nəfər koronavirusa yoluxub. Onların 69-u sağalıb, 3-ü isə ölüb.
Qonşu ölkədə martın 31-dən ümumi karantin elan olunub. Xüsusi rejim çərçivəsində saat 21:00-dan 06:00-dək komendant saatı da tətbiq edilir.