Marneuli bu gündən etibarən sərt karantin rejimindən çıxır

Marneuli rayonunda martın 23-dən davam edən sərt karantin rejimi ləğv olunub.

Rayonun girişindəki xüsusi nəzarət-buraxılış məntəqəsi ötən gecədən etibarən yığışdırılıb.

Yerli vaxtla saat 06:00-dan etibarən Marneuli sakinlərinin azad hərəkəti təmin olunub.

Qeyd edək ki, Bu gündən ölkədə bir sıra məhdudiyyətlər də götürülüb. Gözəllik salonları, estetik mərkəzlərin fəaliyyəti bərpa olunub, üç nəfərdən artıq insanın bir yerə toplaşması qadağası da ləğv edilib.

Martın 23-dən Bolnisi rayonu da sərt karantin zonası elan edilsə də. Lakin son günlər rayonda koronavirusa yoluxma halları artığı üçün, hökumətin qərarı ilə bu gündən başlayaraq bələdiyyədə əlavə karantin qaydaları tətbiq ediləcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey