Mövlud Çavuşoğlu: “Can Azərbaycandakı qardaşlarımıza dəstək göstərmək üçün Bakıdayıq”
“Can Azərbaycandakı qardaşlarımıza dövlətimizin və millətimizin dəstəyini və həmrəyliyini göstərmək üçün Bakıdayıq”.
Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter”də bildirib.
Qeyd edək ki, bu gün Türkiyə XİN başçısının Bakıya səfəri başlayıb. Onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan XİN başçısının müavini Ramiz Həsənov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.
Hazırda isə onun Azərbaycan Respublikasının pirezidenti İlham Əliyevlə görüşü baş tutub.