Marneulidə Azərbaycana və Azərbaycan əsgərinə dəstək aksiyası keçiriləcək

Marneulidə Azərbaycana və Azərbaycan ordusuna dəstək aksiyası keçiriləcək.

Bununla bağlı bir qurup gənc “Facebook”da çağrış elanı ediblər.

Sözügedən müraciətdə deyilir:

“Gürcüstanımızda yaşayan əziz və dəyərli soydaşlarımız! Hazırda, bütün dünya azərbaycanlıları, o cümlədən, bizlər qan bağı ilə bağlı olduğumuz Azərbaycanımızın işğal olunmuş torpaqlarının azad edilməsi üçün apardığı antiterror əməliyyatları barədə gələn xəbərləri böyük həyəcanla izləməkdəyik.

Azərbaycan xalqı, şanlı Azərbaycan Ordusu 30 illik işğala son qoymaq üçün bütün varlığını ortaya qoymuşdur. Sizləri oktyabrın 10-da (şənbə günü) Azərbaycanın haqlı mübarizəsinə dəstək münasibətilə təşkil olunacaq “Qarabağ Azərbaycandır!” adlı dinc aksiyaya dəvət edirik”, – deyə müraciətdə bildirilir.

Qeyd edək ki, aksiya Marneuli şəhəri, AtaHoldinq-Gürcüstan şirkətinin həyətində saat 15:00-da baş tutacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey