Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı barəsində həbs qərarı verilib

Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı barəsində həbs qərarı verilib

Tbilisidə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə saxlanılan şəxsin vəkili Teona Peraadze məlumat verib.

Vəkilin sözlərinə görə, saxlanılan şəxs 40 yaşdan yuxarı Ermənistan vətəndaşıdır və Gürcüstana turist kimi gəlib. O, hazırda susmaq hüququndan istifadə edir.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi üzrə aparılır. İş üzrə ilkin məhkəmə iclasının noyabrın 12-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hadisə sentyabrın 21-də səhər saatlarında baş verib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev  hadisə ilə əlaqədar bir şəxsin saxlanıldığını bildirib. Səfirin sözlərinə görə, Gürcüstanın Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər aidiyyəti qurumlar tərəfindən istintaq və prosessual tədbirlər davam etdirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey