Çin Prezidenti Si Cinpin rəsmi səfərlə ABŞ-a gedib.
Çin Prezidenti Si Cinpin rəsmi səfərlə ABŞ-a gedib.
Dalgatv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Çin liderini Vaşinqton yaxınlığındakı “Endryus” hərbi bazasında şəxsən qarşılayıb. Məlumata görə, bu, 1962-ci ildən bəri ABŞ prezidentinin xarici ölkə liderini sözügedən hərbi bazada şəxsən qarşıladığı ilk haldır.
Qarşılanma mərasimində qırmızı xalça sərilib, hərbi orkestr Çin və ABŞ-nin dövlət himnlərini səsləndirib, artilleriya yaylım atəşi açılıb. “B-1” bombardmançıları da daxil olmaqla ABŞ hərbi təyyarələri aviabazanın üzərindən uçub.
Tramp və Si Cinpin əl sıxaraq qısa söhbət ediblər. ABŞ Prezidenti və birinci xanım Melaniya Tramp Çin lideri və həyat yoldaşı Pen Liyuanı avtomobilədək müşayiət ediblər.
Si Cinpin səfərlə bağlı açıqlamasında Pekin və Vaşinqton arasındakı münasibətlərə toxunaraq, “Çin və ABŞ rəqib deyil, tərəfdaş olmalıdır”, – deyə bildirib.
Səfər çərçivəsində qapalı görüşlərin və dövlət naharının keçirilməsi nəzərdə tutulur. Danışıqlarda süni intellekt, İranla bağlı vəziyyət, Tayvan məsələsi və iki ölkə arasında ticarət razılaşmaları kimi mövzuların müzakirə ediləcəyi gözlənilir.
