Almaniyada illik inflyasiya sentyabrda 3,3 faizə yüksəlib

Almaniyada illik inflyasiya sentyabrda 3,3 faiz təşkil edib. Bununla da inflyasiya göstəricisi 2023-cü ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb.

Dalğatv “AZƏRTAC”a istinadən  xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, sentyabrda istehlak qiymətləri avqustla müqayisədə 0,6 faiz artıb. Avqustda illik inflyasiya 2,9 faiz təşkil edib.

İnflyasiyanın sürətlənməsinə əsas təsir göstərən amillərdən biri enerji məhsullarının bahalaşması olub. Sentyabrda bu məhsulların qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 14,9 faiz yüksəlib. Avqustda isə həmin göstərici 10,5 faiz olub.

Ərzaq və enerji məhsulları nəzərə alınmadan hesablanan baza inflyasiyası sentyabrda 2,4 faiz təşkil edib. Ərzaq məhsullarının qiymətlərində 0,4 faizlik artım qeydə alınıb.

Xidmət sektorunda, o cümlədən turizm və restoran xidmətlərində də bahalaşma müşahidə olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey