Rusiyanın Buça rayonuna zərbəsi nəticəsində ölənlərin sayı 37-yə çatıb

Rusiyanın Ukraynanın Kiyev vilayətinin Buça rayonuna endirdiyi zərbə nəticəsində həlak olanların sayı 37 nəfərə çatıb.

“Dalğatv” xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, hadisə yerində xilasetmə və zərbənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Hazırda ərazidə xilasedicilər və digər aidiyyəti xidmətlərin əməkdaşları fəaliyyət göstərirlər.

Qeyd edək ki, zərbədən sonra ərazidə yanğın baş verib və sonrakı detonasiyalar qeydə alınıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey