Tbilisi meri Kaxa Kaladze Gürcüstanda səfərdə olan İsrail xarici işlər nazirinin müavini Mişel Buskilla ilə görüş keçirib.

Bu barədə Tbilisi Şəhər Meriyası məlumat yayıb.

Görüş zamanı Gürcüstan və İsrail arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyəti, eləcə də ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında uzun illərə söykənən əlaqələrin əhəmiyyətini vurğulayaraq, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsində qarşılıqlı marağın olduğunu qeyd ediblər.

Görüşdə, həmçinin Tbilisi və Yerusəlim arasında mövcud əlaqələrə toxunulub. Bildirilib ki, xüsusi tarixi və mədəni bağlara malik olan iki şəhər arasında əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi üçün geniş imkanlar mövcuddur.

Tərəflər gələcəkdə Gürcüstan və İsrail, o cümlədən Tbilisi və Yerusəlim arasında münasibətlərin daha da dərinləşəcəyinə və qarşılıqlı əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey