Gürcüstanda Azərbaycanın Respublika Günü qeyd olunur

Gürcüstanda Azərbaycanın Respublika Günü qeyd olunur.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirlik əməkdaşları, iş adamları və ictimaiyyət nümayəndələri Tbilisidə Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

Mərasimdə Gürcüstanda səfərdə olan Azərbaycanın 20-yə yaxın QHT-si də iştirak edib.

QHT nümayəndələri Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) elan olunduğu indiki Gənclər sarayına baş çəkəcək, AXC qurucuları olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin Botanika bağında yerləşən panteondakı məzarları ziyarət olunaraq xatirələri ehtiramla yad ediləcək.

Respublika Gününə həsr olunmuş tədbirlər Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində davam etdiriləcək. Burada Azərbaycan və Gürcüstan QHT-ləri arasında görüş, gürcü fotoqrafların Azərbaycanla bağlı fotolarından ibarət sərgi və Azərbaycanın milli geyimlərinin nümayişi keçiriləcək.

Azərbaycan səfirliyi tərəfindən AXC-nin 101 illiyinə həsr olunmuş rəsmi qəbul da təşkil olunacaq. Tədbirdə Gürcüstanın hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, ictimai xadimlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey