Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək

Hindistan 2025-ci ilin iyul ayında Ermənistana “Akash” zenit-raket komplekslərinin (ZRK) ikinci partiyasını göndərəcək. Bu barədə “IADN Centre” məlumat yayıb.

Məlumata görə, “Akash” yer-hava tipli zenit-raket sistemi müxtəlif hava hədəflərinin – döyüş təyyarələri, qanadlı və hava-yer raketləri, pilotsuz uçuş aparatları və digər hava vasitələrinin – 25 kilometrə qədər məsafədə məhv edilməsinə qadirdir.

Qeyd olunur ki, Ermənistan “Akash” komplekslərinin ilk xarici alıcısıdır. Xatırladaq ki, bu silah sistemlərinin ilk batareyası 2024-cü ilin noyabr ayında Hindistan tərəfindən Ermənistana göndərilmişdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey