Tbilisidə alpinistlər, xizəkçilər, idmançılar o cümlədən tennisçilər etiraz aksiyasına qoşulublar
Tbilisinin Rustaveli prospektində keçirilən mitinqə alpinistlər, xizəkçilər, idmançılar, o cümlədən tennisçilər də qatılıblar.
Idmançılar əllərində “Azadlıq üçün – Gələcəyimizi qorumaq üçün birlikdə olaq” yazısı olan pankart tutublar.
Rustaveliyə toplaşan mitinq iştirakçıları onları qışqırıqlarla qarşılayıblar.
Qeyd edək ki, hazırda yüzlərlə insanın iştirak etdiyi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.