Tbilisidə vətəndaşlar “Dostuma təşəkkürlər” şüarı altında yürüş keçiriblər

Tbilisidə “MEGOBARI Aktı”nın ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul olunmasına dəstək məqsədilə “Dostuma təşəkkürlər” şüarı altında yürüş keçirilib. “Dalğatv” xəbər verir ki , aksiya iştirakçıları Axmeteli metrostansiyasından ABŞ-ın Gürcüstandakı səfirliyinə doğru yürüş ediblər.

Yürüş iştirakçıları qeyd ediblər ki, “MEGOBARI Aktı” Gürcüstan xalqına dəstək xarakteri daşıyan mühüm siyasi sənəddir. Aksiya zamanı iştirakçılar Gürcüstan və ABŞ bayraqları daşıyaraq, “İstefa edin”, “Sanksiyalar yoldadır”, “Siyasi məhbuslara azadlıq”, “Rəd olsun rejim” kimi şüarlar səsləndiriblər.

Aksiyada həmçinin həbsdə olan şəxslərin ailə üzvləri iştirak edərək, yaxınlarının azadlığa buraxılması tələbilə pankartlar qaldırıblar. Yürüşün sonunda iştirakçılar ABŞ-ın Gürcüstandakı səfirliyinə təşəkkür məktubu təqdim ediblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey