Baş nazir Giorgi Qaxaria vətəndaşlara müraciət etdi

Baş nazir, Giorgi Qaxariya, ölkə əhalisini yerli məhsullar almağa dəvət edib.

Baş nazir, Gürcüstanda yetişdirilən və hazırlanan məhsullar, beynəlxalq bazarda rəqabətə girməlidir deyə müraciətində bildirib.

Qaxariya deyib ki, kəndlərdəki fermerlər istifadə edilməmiş torpaq sahəsi qoymamalıdırlar və bütün torpaqlarda əkin-səpin işləri aparılmalıdır.

“Bizə keyfiyyətli kənd təsərrüfatı və əlbəttə ki, məhsuldarlığın artırılması lazımdır. Bu, illərdir yığılıb qalan problemlərdir. Biz artıq illərdir ki, mübarizə aparır və müəyyən uğurlar əldə etmişik. Ölkədə kənd təsərrüfatı sahəsində, eksport və import arasındakı boşluğu doldurmaq çox önəmlidir. Son illər, Eksport və import arasındakı balans, 900 milyon dollar idi, bu gün isə 300-350 milyon dollaradək enib. Əhaliyə müraciət edirəm ki, yerli məhsullar alsınlar, hansı ki, daha da keyfiyyətli olur və hər şey etməliyik ki, aqro təhlükəsizliyimizi təmin etdikdən sonra, bizim kənd təsərrüfatı məhsulumuz, beynəlxalq bazarda rəqabətli olsun”, – deyə baş nazir bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey