Marneulidə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımların toplanılması davam edir

Türkiyədə baş verən zəlzələ nəticəsində əziyyət çəkən insanlara yardımların toplanılması Marneulidə aktiv şəkildə davam etdirilir.

24News.ge xəbər agentliyinin rəhbərliyi və Gürcüstan Azərbaycanlıları Konqresinin birgə başlatdığı yardım kampaniyasına sakinlər, sahibkarlar, ictimaiyyət adamları öz dəstəklərini nümayiş etdirirlər.

Vtəndaşlarımız evlərində yararlı olan müxtəlif qış geyimləri, döşəklər, yorğanlar, yastıqlar, adyallar, ayaqqabılar və s kimi müxtəlif vasitələri yardım paketləri edərək təyin olunan məkana təhvil verirlər.

Qeyd edək ki, yardımlarınızı iki gün ərzində bağlama hazırlayaraq saat 10:00-dan 17:00-dək Gürcüstan Azərbaycanlıları Konqresinin Marneulidəki ofisinə gətirib təhvil verə bilərsiz.
Ünvan Çoloqaşvili 3;
Tel: 598310592, 557212101.

Təşəbbüs qruplarının nümayəndəlikləri olan Qaraçöp mahalından ziyalı Ağabalı Xeyrxəbərovla 574407299, Bolnisidən keçmiş parlament deputatı Ramiz Bəkirovla 593349206, Sadaxlı kəndində Hacı Xəlilovla 598310592, Məscidli Gorarxında isə Mahir Quliyevlə 577072935 əlaqə saxlayaraq yardımlarınızı təhvil verə bilərsiniz.

Bundan başqa hörmətli həmvətənlər Türkiyədə son dərəcə çətin vəziyyətdə olan qardaş və bacılarımıza ərzaq yardımının alınması üçün, bank hesabımıza da müəyyən məbləğlər köçürə bilərsiniz.

Bank hesabını təqdim edirik: (LİDER MEDİA SAKARTVELO BANK HESAB NÖMRƏSİ) – GE69BG0000000345987607
Əlavə məlumat üçün TEL: +995 571798989

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey