Qaraçöp mahalından Türkiyəyə 2 TIR yük, 80 min lari yardım toplanıb
Qaraçöp mahalı Türkiyədə baş vermiş təbii fəlakətlə əlaqədar zərərçəkən Türk qardaş-bacılarımız üçün genişmiqyaslı yardım kampaniyası həyata keçiriblər.
24News.ge xəbər portalına Qaraçöp İcma Mərkəzindən verilən məlumata əsasən, həyata keçirilən yardım kampaniyasında indiyə qədər 2 TIR-dan çox geyim və yataq dəstləri (yastıq, yorğan-döşək, ədyal və.s.) və həmçinin 80 000 Lari məbləğində pul toplanılıb.
Bildirilib ki, ziyalıların təşəbbüsü ilə başlayan kampaniya kənd sakinləri tərəfindən dəstəklənərək uşaqdan böyüyə bütün mahalın diqqətini özünə cəlb etməyi başarmışdır.
Qeyd edək ki, Qaraçöpdə hazırda yığılan yardım bu gün Türkiyəyə yola salınacaq ancaq yardım kampaniyası bununla bitmir və davam etdirilməsi planlaşdırılır.