Batumidə güclü yanğın – 4 ailə evsiz qalıb

Ötən gecə Batumidə güclü yanğın baş verib.

Bu barədə Acarıstan televiziyası məlumat yayıb.

Nəticədə 4 ailənin evi tamamilə yanıb. Corciaşvili küçəsində qeydə alınan yanğın barak tipli tikililərə sürətlə yayılıb. Yanğın nəticəsində təxminən 300 kvadrat metr sahə yanıb.

Hadisə yerinə 10 yanğınsöndürən briqada cəlb olunub. Alovun tam aradan qaldırılması 2 saata yaxın vaxt tələb edib.

Yanğın zamanı xəsarət alan olmayıb, lakin bir neçə ailə evsiz qalıb. Batumi meriyası həmin ailələri müvəqqəti yaşayış yeri ilə təmin edəcəyinə söz verib.

Hazırda yanğının səbəbi bilinmir.

Faktla bağlı istintaq aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey