Qardabanidən Türkiyəyə 2 TIR yardım yola salınıb

Türkiyənin 10 əyalətində baş verən zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədi ilə Gürcüstanın bir sıra bölgələrində olduğu kimi, Qardabani rayonunda da yardımlar toplanıb.

Qardabani bələdiyyəsindən 2 TIR yük maşını yardım toplanaraq Türkiyəyə yola salınıb.

Millət vəkili Savalan Mirzəyevin xəbər portalımıza verdiyi məlumata əsasən, göndəriləcək ləvazimatlar əsasən isti paltarlar, istilik vasitələri, yorğanlar, ədyallar, uşaq bezləri, uzun müdətli saxlanılması mümkün olan qidalar, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibb və gigiyenik ləvazimatlar və digər zəruri əşyalardır.

Məlumat üçün onu da bildirək ki, humanitar yardımlar Qardabanidə davam etdirilir. Həm rayon mərkəzində həm də, kəndlərdə toplanacaq yardımların növbəti günlərdə Türkiyəyə yola salınması nəzərdə tutulub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey