Azərbaycan, Rusiya və bir sıra ölkə vətəndaşlarının Gürcüstana gəlişinə icazə verildi

Azərbaycan, Rusiya, Ukrayna və Ermənistan vətəndaşları hava yolu ilə Gürcüstana daxil ola biləcəklər.

Bu barədə Baş nazir İrakli Qaribaşvili, Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə açıqlama verib.

Onun sözlərinə görə, quru sərhədlərə tətbiq olunan məhdudiyyətlər isə yenə də qüvvədə qalır:

“1 mart tarixindən etibarən Azərbaycan, Rusiya, Ukrayna və Ermənistan vətəndaşları 72 saatlıq “PCR” testin mənfi cavabı olduğu təqdirdə, hava yolu ilə Gürcüstana daxil ola biləcəklər. Lakin hal hazırda quru sərhədlərdə mövcud olan rejim dəyişdirilmir”, – deyə Qaribaşvili bildirib.

Qeyd edək ki, sözügedən siyahıya daha 13 ölkə daxildir:

1.) – AB üzv dövlətlər;
2.) – İsrail;
3.) – İsveçrə Konfederasiyası;
4.) – Norveç Krallığı;
5.) – Amerika Birləşmiş Ştatları;
6.) – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı;
7.) – Səudiyyə Ərəbistanı Krallığı;
8.) – Qətər Dövləti;
9.) – Birləşmiş Ərəb Əmirlikləri;
10.) – Bəhreyn Krallığı;
11.) – Türkiyə Respublikası.
12) – Qazaxıstan
13) – Belarusiya

Xatırladaq ki, bu gündən etibarən, qapalı məkanlarda treninqlərin və konfransların keçirilməsinə icazə verilir, həmçinin peşəkar maarifləndirmə müəssisələri də açılacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey