Bu ölkə vətəndaşları “PCR” test verərək Gürcüstana gələ bilərlər – SİYAHI
Koordinasiya Şurası mənfi “PCR” test əsasında xarici vətəndaşların Gürcüstana girə biləcəyi ölkələrin siyahısını genişləndirib.
Bununla bağlı Koordinasiya Şurası qərar qəbul edib.
Qərara əsasən, Gürcüstana hava yolu ilə səfər edəcək vətəndaşlar, “PCR” testin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etməklə ölkə ərazisinə daxil ola biləcəklər.
Sözügedən ölkələrin syahısını aşağıda sizə təqdim edirik:
● Azərbaycan;
● Türkiyə;
● Rusiya;
● Türkmənistan;
● Özbəkistan;
● Tacikistan;
● Qırğızıstan;
● İsveçrə Konfederasiyası;
● Norveç Krallığı;
● Amerika Birləşmiş Ştatları;
● Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı;
● Səudiyyə Ərəbistanı Krallığı;
● Qətər Dövləti;
● Birləşmiş Ərəb Əmirlikləri;
● Bəhreyn Krallığı;
● Belarusiya;
● İsrail;
● AB üzv dövlətlər;
● Ermənistan;
● Ukrayna.
Xatırladaq ki, hazırkı mərhələdə Gürcüstan hökuməti quru sərhədlər vasitəsilə sərbəst gediş-gəlişə tətbiq etdiyi məhdudiyyətləri qüvvədə saxlayır.