Tbilisidə komendant saatının götürülməsi tələbi ilə aksiya keçirilib

Ölkə ərazisində qüvvədə olan komendant saatının götürülməsi tələbi ilə paytaxt Tbilisidə etiraz aksiyası keçirilib.

24News.ge xəbər verir ki, sözügedən aksiya Tbilisinin sakrebulo binası önündə baş tutub.

Etirazçıların sözlərinə görə, aylardır mövcud olan hərəkət məhdudiyyətinin heç bir əsası yoxdur və hökumət bunu ləğv etməlidir.

Qeyd edək ki, panidemiya səbəbi ilə qüvvəyə minmiş bir sıra məhdudiyyətlər götürülsə də ölkə miqyasında 21:00 – 05:00 aralığındakı hərəkət məhdudiyyəti hələ də qüvvədədir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey