Avropa İttifaqı Ukraynaya yardım üçün 90 milyard avro kredit cəlb edir

Macarıstan Ukrayna ilə bağlı məsələ üzrə veto hüququndan istifadə etməyib və bununla da Avropa İttifaqının (Aİ) Ukraynaya maliyyə dəstəyinə dair mühüm qərar qəbul etməsinə şərait yaradıb.

“Dalğatv”  “AZƏRTAC”a istinadən xəbər verir ki, Aİ-yə üzv dövlətlərin və hökumət başçılarının Rusiyaya məxsus dondurulmuş aktivlərdən istifadə ilə bağlı mövqelərində razılıq əldə olunmadığından alternativ mexanizm – ümumi kredit modeli seçilib.

Qəbul olunmuş razılaşmaya əsasən, Avropa İttifaqı Ukraynanın 2026–2027-ci illər üzrə maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə 90 milyard avro həcmində ümumi kredit cəlb edəcək. Sözügedən vəsait Kiyevə faizsiz kredit şəklində təqdim olunacaq.

Kredit mexanizmində Macarıstan, Çexiya və Slovakiya iştirak etməyəcək. Bunun əvəzində həmin ölkələr veto hüququndan imtina edərək qərarın yekdilliklə qəbul olunmasına imkan yaradıblar.

Aİ tərəfindən bildirilib ki, gələcəkdə kreditin geri qaytarılması Rusiyanın ödəməli olduğu mümkün təzminatlar hesabına həyata keçirilə bilər. Əks halda, dondurulmuş Rusiya aktivlərindən istifadə etmək hüququ saxlanılır.

Qeyd olunur ki, bu qərar Ukraynanın qarşıdakı iki il ərzində maliyyə sabitliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey