Ermənistanda vəziyyət gərginləşdi – Kütləvi saxlanılanlar varErmənistanda vəziyyət gərginləşdi – Kütləvi saxlanılanlar var

Ermənistan parlamentində təmsil olunan ikinci böyük siyasi qüvvənin – müxalif Çiçəklənən Ermənistan Partiyasının (ÇEP) sədri Qaqik Tsarukyanın tərəfdarları Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiyası keçirir.
Buna səbəb Qaqik Tsarukyanın dindirilməsi üçün MTX-nin binasına gətirilməsidir.

Günorta saatlarında etirazçılarla polis arasında qarşıdurma yaşanıb, polis 90 nəfər etirazçının saxlayıb.

Belə ki, onlar zorla polis avtomobillərinə mindirilərək naməlum istiqamətə aparılıblar. Daha sonra etirazçıların müxtəlif polis idarələrində saxlanıldığı bildirilir.

Milli Təhlükəsizlik Xidməti bildirib ki, Qaqik Tsarukyana məxsus şirkətlərin qumar oyunları ilə bağlı qanunsuz fəaliyyəti nəticəsində dövlət büdcəsinə təxminən 60 milyon ABŞ dollar məbləğində vergi verilməyib.

Buna cavab olaraq Çiçəklənən Ermənistan Partiyasının mətbuat katibi Sveta Tonoyan vurğulayıb ki, Qaqik Tsarukyan şirkətlərini etibar etdiyi şəxslərin idarəçiliyinə verib və özü bizneslə məşğul olmur.

Qeyd edək ki, Qaqik Tsarukyan baş nazir Nikol Paşinyanın istefasını tələb etdikdən sonra ona qarşı təzyiqlər artıb. Onun fikrincə, hazırkı hökumətə vədlərini yerinə yetirmək üçün vaxt verilib, amma onlar bunu yerinə yetirməyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey