Argentina sahillərində güclü zəlzələ baş verib
Argentina sahillərində 6,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri ölkənin cənubunda yerləşən Uşuayya şəhərindən təxminən 291 kilometr cənub-şərqdə, Çilinin Punta Arenas şəhərindən isə 523 kilometr məsafədə qeydə alınıb. Zəlzələnin təxminən 10 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Hadisə nəticəsində hər hansı dağıntı və insan tələfatı barədə məlumat yoxdur. Həmçinin sunami təhlükəsi elan edilməyib.