Qardabanidə ağır avtomobil qəzası baş verib – Yaralılar var

Axşam saat 23:30 radələrində Qardabani rayonunun Kosalı kəndində ağır avtomobil qəzası baş verib.

24News.ge xəbər portalına şahidlərin verdiyi məlumata görə, Mercedes və Opel markalı avtomobillər, yolun kəsişmə hissəsində toqquşublar.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü müxtəlif cür bədən xəsarətləri alıblar. Əraziyə gələn təcili tibbi yardım briqadası ilə sürücülər xəstəxanaya çatdırılıblar. Hazırda onların həyatı üçün heç bir təhlükənin olmadığı bildirilir.

Qəzanın baş verdiyi əraziyə gələn polis patrul xidməti hadisə ilə bağlı araşdırmaya başlayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey