Bu gündən etibarən maskalardan kimlər istifadə etməldir – Cərimə tətbiq olunacaq!
Gürcüstan hökuməti maskalardan istifadə etmənin nə vaxt və harada məcburi olacağını təyin edib.
Hökumət Administrasiyasının rəhbəri Natiya Mezvrişvili, maskalardan istifadə etmədikdə vətəndaşlara cərimə yazılacağı yerlərin təyin oldunduğunu açıqlayıb.
Həmin yerləri sizlərə təqdim edirik;
• İnsanların çox olduğu və bir-biri ilə təmasda olduğu dövlət və özəl qurumlarda.
• 2 metirlik məsafənin qoruna bilmədiyi dövlət və özəl qurumlarda baş tutmuş görüşlərdə. Əgər görüşdə çıxış edən şəxs digər insanlarla məsafəni qorya bilərsə onda o maskanı taxmaya bilər.
• İnsanların birlikdə istifadə etdiyi liftlərdə;
• Alışveriş mərkəzlərində;
• Gözəllik salonları və estetik tibb mərkəzlərində;
• Təhsil müəssisələrində (məktəblərdə, uşaq bağçalarında, universitetlərdə, kolleclərdə)
• İctimai nəqliyyatda (metro, avtobus, mikrovatobus, taksi)
Bundan başqa, qeyd olunan yerlərdə maska taxmasa cərimə olunmayacaq şəxslər bunlardır;
• 6 yaşadək uşaqlar
• Tənəffüs sistemində problemi olan və ya başqa sağlamlıq vəziyyətlərinə görə maska taxa bilməyən insanlar (həkimdən sənəd almalıdır)
• Əlilliyi olan şəxslər
Qeyd edək ki, siz tibbi maskalardan başqa, tibbi olmayan (evdə düzəldilən) maskalardan rahat şəkildə istifadə edə bilərsiniz.
Xatırladaq ki, 15 iyundan etibarən yuxarıda qeyd olunan yerlərə maskasız daxil olanlara cərimə sanksiyaları tətbiq olunacaq, fiziki şəxslər 20 lari, hüquqi şəxslər (obyek sahibləri) isə 500 lari cərimə olunacaq.