Gürcüstanda koronavirusa cəmi 1 yoluxma qeydə alındı – Sağalanlar daha çoxdur

Gürcüstanda bu gün koronavirusa cəmi 1 yeni yoluxma halı qeydə alınıb, 4 nəfər isə virusdan tam olaraq sağalıb.

Bu barədə məlumat, hökumətin yaratdığı stopcov.ge saytında dərc edilib.

Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 731-ə çatıb. Onlardan 526 nəfəri isə tam olaraq sağalıb, 12 nəfəri isə həyatını itirib.

Hazırda ölkə üzrə 3 076 nəfər karantində, 303 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey