Marneuli rayon Aşağı Saral kəndində etiraz aksiyası keçirilib

Marneuli rayonunun, Aşağı Saral kənd sakinlərinin bir qismi, etiraz aksiyası keçirib.
Kənd sakinləri kələm məhsullarını sata bilmədikləri üçün şikayətləniblər.

Sakinlər bildirib ki, hər gün, distirbütor maşını məhsul almaq üçün, kəndə gəlsə də bu yetərli olmur. Aksiyada iştirak edən kənd sakinləri qarşıdakı günlər ərzində 60 tonadək məshul çıxarmağı planladıqlarını bildiriblər. Sakinlər bu qədər məhsulun çıxacağı təqdirdə necə satacaqlarından narahat olduqlarını bildiriblər.

Yerli Bələdiyyə nümayəndələri, həmçinin Marneuli meri, Zaur Darğallı, Aşağı Saral kəndinə gedərək, sabahdan etibarən məhsulları almaq üçün daha çox maşın göndəriləcəyini bildiriblər.

Əhali ilə əldə edilən razılaşmadan sonra, aksiya sona çatıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey