Spiker: “Gürcülər və azərbaycanlılar arasında qardaşlıq çox dəyərlidir”
“Kvemo Kartlidə, Marneulidə yerli icma ilə görüşdüm, çay içərək ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən məsələləri müzakirə etdik”.
Bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze özünün “Facebook” səhifəsində yazıb.
O bildirib ki, gürcü və azərbaycanlılar arasında qardaşlıq və münasibətlər çox dəyərlidir:
“Bizi vətən və gələcəyimiz birləşdirir. Gənclərlə siyasətdən, təhsil islahatlarından, işlə təminat barədə və iqtisadi imkanlarımızdan danışdıq. Maraqlı təşəbbüslər irəli sürüldü və biz onları növbəti görüşümüzdə – parlamentdə gəncləri qəbul edərkən müzakirə edəcəyik”.