İkinci Kosalı İslam Mədrəsəsi əsaslı şəkildə yenidən təmir edilmişdir

Cari ilin iyul ayının 2-də baş verən güclü qasırğa nəticəsində Marneuli rayonunun İkinci Kosalı kəndində fəaliyyət göstərməkdə olan İkinci Kosalı İslam Mədrəsəsinin dam örtüyü küləyə tab gətirməyərək ciddi ziyan görmüş və yağış nəticəsində bu dini təhsil müəssəsisinin dərs otaqları yararsız vəziyyətə düşmüşdür. Gürcüstanda Azərbaycanlı İş Adamlar Birliyi (AZEBİ) və “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının rəhbəri Elçin Ağayevin dəstəyi ilə sözügedən mədrəsəyə dəymiş ziyan tam olaraq aradan qaldırılmış, mədrəsə əsaslı şəkildə yenidən təmir edilmişdir.
18 noyabr tarixində İkinci Kosalı İslam Mədrəsəsində görülən işlərlə yaxından tanış olmaq məqsədilə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin əməkdaşları Anar Rəsulov və Sərxan İsmayılov, Türkiyənin Gürcüstandakı Səfirliyinin Dini məsələlər üzrə nümayəndəsi Ahmet Erdem, AZEBI-nin İdarə heyətinin sədri Nəriman Qurbanov, ADY-nin Gürcüstan filialının rəhbəri Elçin Ağayev, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftisi Etibar Eminov, Gənclərə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev mədrəsəni ziyarət etmişlər.
Görüş zamanı İkinci Kosalı İslam Mədrəsəsinin rəhbəri Natiq Əliyev qurumun fəaliyyəti və təmir işləri barədə məlumat vermiş və göstərilən dəstək və diqqətə görə Azərbaycan dövlətinə və iş adamlarına təşəkkür etmişdir.
Qeyd edək ki, İkinci Kosalı İslam Mədrəsəsi 2001-ci ildən etibarən Marneuli rayonunun İkinci Kosalı kəndində fəaliyyət göstərir və Gürcüstanın bütün bölgələrindən olan azərbaycanlı gəncləri maarifləndirməkdə davam edir. Mədrəsədə dini elmlər ilə yanaşı, dünyəvi elmlər (gürcü dili, ingilis dili, riyaziyyat) dərsləri də tədris edilir.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey