Gürcüstanda bu gündən etibarən 55 yaşdan yuxarı şəxslərin peyvənd olunmasına start verilir
Gürcüstanda bu gündən etibarən 55 yaşdan yuxarı insanlar könüllü şəkildə peyvənd oluna biləcəklər.
Bu mərhələdə onlar yalnız “AstraZeneca” peyvəndi ilə peyvənd oluna biləcəklər.
Peyvənd olunmaq istəyən şəxslər Səhiyyə nazirliyinin xüsusi portalında (https://booking.moh.gov.ge/Hmis/Hmis.Queue.Web/#/) qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, Gürcüstana indiyədək 3 növ peyvənd gətirilib, hazırda peyvəndləmə yalnız “AstraZeneca” ilə aparılır, buna səbəb “Pfizer” peyvəndinin bitməsi və yeni gətirilmiş Sinofarm peyvəndinin istifadəsinə başlanmamasıdır.
Xatırladaq ki, ölkədə vaksinasiyaya martın 15-dən start verilib. İndiyədək 11 mindən çox şəxs peyvəndlənmədən keçib.