Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində 3,1 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, martın 3-də saat 13:11-də Lənkəran stansiyasından 22 kilometr cənub-şərqdə Xəzər dənizində qeydə alınan yeraltı təkanın episentri 25 kilometr dərinlikdə olub.
Zəlzələ hiss edilməyib.