Qırmızı Körpü” buraxılış məntəqəsindəki son vəziyyət açıqlandı

Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədi ilə qarşılıqlı razılığına əsasən, martın 14 saat 00:00-dan etibarən 10 günlük müddətə iki ölkə arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıldıqdan sonra sərhəddə son vəziyyət açıqlanıb.

Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Qırmızı Körpü” buraxılış məntəqəsi bu gündən 10 gün müddətinə bağlanılıb.

Məlumata görə, müvafiq qərar Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədi ilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən qəbul edilib. Qərardan vətəndaşların böyük əksəriyyəti xəbərsiz olduğu üçün buraxılış məntəqəsindən geri qayıdanlar çox olub.

Tranzit dəhliz vasitəsilə Azərbaycanda olan Gürcüstan vətəndaşları öz ölkəsinə, Gürcüstanda olan Azərbaycan vətəndaşları isə ölkəmizə qayıdacaqlar. Hər iki ölkə ərazisində olan beynəlxalq yükdaşıma ilə məşğul olan iritutumlu yük avtomobilləri də fərdi qaydada yoxlanışdan keçdikdən sonra növbə ilə ölkələrin ərazisinə buraxılır. Lakin Azərbaycan ərazisinə keçən TIR-lar da 10 gün müddətində ölkə ərazisində saxlanılacaq.

Qeyd edək ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postu məntəqədə vəziyyəti nəzarətdə saxlayır. Mövcud vəziyyət martın 25-dək davam edəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey