Gürcüstanda virusa yoluxanların sayı azalıb – Açıqlama

“Son dövrdə yalnız bizim klinikada deyil, həmçinin bütün ölkə miqyasında virusa yoluxan şəxslərin sayı azalıb”.

Bu sözləri Birinci Universitet Klinikasının rəhbəri Levan Ratiani deyib.

Onun sözlərinə görə, tibbi müəssisədə nəzarət altında olan virusa yoluxan tibb personalı xəstəxanadan artıq yazılıb, geridə qalan şəxslərin vəziyyəti stabildir.

“Covid – 19 infeksiyasının protokolunun vaxtı bitdikdən sonra, tədqiqat təkrarlanacaq və sevindirici haldır ki, virusa yoluxan tibb personalı klinikanı bir neçə günə tərk edəcəklər”, – deyə Levan Ratiani bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey