Dünyada pandemiya qurbanlarının sayı 250 mini ötdü

Dünyada koronavirus qurbanlarının sayı 250 047 nəfərə çatıb.

Dünyada koronavirusdan ən çox ölüm hadisəsi ABŞ (69 008), İtaliya (29 079), Böyük Britaniya (28 650), İspaniya (25 428) və Fransada (24 895) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 3,6 milyona yaxınlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey