Hökumət nümayəndəsi ölkədəki bəzi məhdudiyyətlərin vaxtından tez götürülə biləcəyi səbəbləri açıqladı
“Məhduiyyətləri vaxtından əvvəl götürməyə başladığımız üçün, təbii olaraq, belə bir söhbətlər gəzir ki, qarşıdakı mərhələlərdəki məhdudiyyətlərin ləğv etdilməsi vaxtından əvvələ çəkilə bilər. Təbi ki, ölkədəki epidemoloji vəziyyət imkan verərsə, məhdudiyyətlər vaxtından əvvəl götürüləcək”.
Bu sözləri hökumət Administrasiyasının rəhbəri, Natia Mezvrişvili, Birinci kanala verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlərin davam etdirilməsi hökumətə də sərf etmir. Çünki bu proses iqtisadiyyatı çoz zəiflədir.
“Nə zaman ki, vəziyyət bizə imkan verəcək, məhdudiyyətləri vaxtından əvvəl götürəcəyik, ancaq, riskləri yönəldərək, mərhələli və düşünülmüş şəkildə götürəcəyik. Açıq şəkildə olan restoranların açılmasını, müəyyən müddət öncə aça bilərik. Gözəllik salonları daha çox risk daşıyır, ancaq hər şey barəsində müzakirələrimiz gedir. Gözəllik salonlarında sosial məsafəni qorumaq çətindir. Çünki müştəri və xidmət verənlərlə çox yaxın məsafə olur. Ona görə də bu təhlükə mənbəyidir və bu istiqamətdə də daha ehtiyyatlı davaranırıq”, – deyə Natia Mezvrişvili bildirib.